Bəzi rayonlarda sulu qar yağacaq, dolu düşəcək

bezi-rayonlarda-sulu-qar-yagacaq-dolu-dusecek
Oxunma sayı: 5739

Aprelin 28-29-da əsasən gündüz saatlarında Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.

"Qafqazinfo" xəbər verir ki, bu barədə  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, yağıntının ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qar yağacağı ehtimalı var.

Şərq küləyi aprelin 30-da bəzi yerlərdə arabir 18-23 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı ehtimalı var.