Azərbaycanda bəzi seçki dairələrinin hüdudlarına dəyişiklik edilir.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov Komissiyanın bu gün keçirilən iclasında bildirib.
O qeyd edib ki, Ağdərə rayonunun yaradılması ilə bağlı Tərtər, Kəlbəcər və Ağdam rayonlarının inzibati sərhədlərində dəyişiklik edilib: “MSK təmsilçilik baxımından bütün rayonların Azərbaycan Respublikası Parlamentində təmsil olunması üçün müəyyən uyğunlaşdırmalar aparmalıdır. Belə ki, 96 saylı Goranboy, 97 saylı Tərtər-Naftalan-Goranboy, 118 saylı Ağdam şəhər, 119 saylı Ağdam kənd, 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairələrinin hüdudlarında və adında qismən dəyişiklik edilməlidir”.
R. Qasımov əlavə edib ki, 96 saylı Goranboy, 97 saylı Tərtər-Naftalan-Goranboy, 118 saylı Ağdam şəhər, 119 saylı Ağdam kənd və 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairələri müfaviq olaraq 96 saylı Goranboy-Naftalan seçki dairəsi, 97 saylı Tərtər-Ağdərə-Goranboy seçki dairəsi, 118 saylı Ağdam-Xocalı seçki dairəsi, 119 saylı Ağdam seçki dairəsi və 124 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairəsi adlandırılsın və sözügedən dairələrin hüdudlarında qismən dəyişikliklər edilsin.
Gülnar Əliyeva
Son xəbərlər
Son Xəbərlər