““Omicron” ştamında xəstəliyin təmasdan sonra üzə çıxması dövrü daha qısadır. Bu ştamda 1-3 gün gizli dövrdür”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov bildirib.
Onun sözlərinə görə, bunu nəzərə alaraq, dünyada virusa yoluxanlarla bağlı karantin müddəti qısaldılıb: “Yoluxuculuq yüksək olsa da, “Omicron” ştamında yoluxuculuq günlərinin sayı azdır. Elə ölkələr var ki, bunu 5 günə endiriblər. Xəstəliyi ətrafa yayma müddəti əlamətlər meydana çıxandan sonra maksimum 3 gündür”.
T. Eyvazov həmçinin bildirib ki, “Omicron” ştamında boğaz ağrıları, burun tutulması, əzginlik və digər əlamətlər müşahidə olunur: "İnsanlar digər ştamlardan fərqli olaraq qızdırma 37-38 dərəcədə olanda belə çox halsız olurlar. Bu, fərqləndirici əlamətdir. Lakin ümumi götürdükdə əlamətlər eynidir".
Gülnar Əliyeva
Son xəbərlər
Son Xəbərlər