Bəzi yerlərdə yağış, Şahdağda qar yağıb - Faktiki hava

Bəzi yerlərdə yağış, Şahdağda qar yağıb
Oxunma sayı: 1015

Aprelin 2-si səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, bəzi yerlərdə yağış, Şahdağda qar yağıb. 

Ekologoya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, gözlənildiyi kimi, düşən yağıntının miqdarı Şərurda 6 mm, Ordubad, Sədərəkdə 5 mm, Naxçıvanda 4 mm, Ağdam, Altıağac, Neftçalada 3 mm, Balakən, Oğuz, Şamaxı, Mərəzə, Beyləqan, Salyan, Biləsuvar, Yardımlı, Astara, Şahbuzda 2 mm, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Şəmkir,  Ceyrançöl, Tovuz, Qəbələ, Zaqatala, Şəki, İsmayıllı, Quba, Qusar, Xaltan, Qrız, Tərtər, Bərdə, Göyçay, İmişli, Kürdəmir, Sabirabad,  Cəfərxan, Xınalıq, Şabran, Şahdağda 1 mm, Bakıda və Abşeron yarımadasında: Sumqayıt, Maştağada 4 mm, Bakı, Zabratda 3 mm olub. 

Qar örtüyünün hündürlüyü Şahdağda 1 sm-ə çatıb.

Sumqayıt, Göygöl, Naftalan, Xaçmaz, Quba, Qrız, Lerikdə duman müşahidə olunub, görünüş 200 metrədək məhdudlaşıb. 

Şimal-qərb küləyi arabir Naftalan, Gəncədə 18 m/s, Salyanda 17 m/s, Şərur, Şəmkirdə 16 m/s-dək güclənib. 

Aprelin 1-də temperatur Bakıda iqlim normasından 6 dərəcə yuxarı olub, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 17-20, aran rayonlarında 18-23, dağlıq rayonlarda 13 dərəcəyədək isti, Naxçıvan MR-da 12-19 dərəcə isti olub.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi