Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq

bezi-yollarda-gorunus-mesafesi-mehdudlasacaq
Oxunma sayı: 1261

Sabah ölkənin bəzi yollarında görünüş məsafəsi məhdudlaşacaq.

“Qafqazinfo”nun məlumatına görə, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

İyunun 3-də gecə və səhər dağlıq rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarında görünüş məsafəsinin 700-1000 m-dək məhdudlaşacağı ehtimal olunur.