Bəziləri əkir, bəziləri isə kəsir- - Fotolar

bezileri-ekir-bezileri-ise-kesir-
Oxunma sayı: 1362


“Qafqazinfo” xəbər verir ki, ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatların əsas məqsədlərindən biri də ətraf mühitin mühafizəsini və insanların sağlam təbii şəraitdə yaşamasını ən yüksək səviyyədə təmin etməkdir.

Heydər Əliyev Fondunun dəstəyi ilə ağaçəkmə kampaniyasına Qaradağ rayonunda da başlanılıb. Rayonun Səngəçal və Sahil qəsəbələrinin nəzərdə tutulmuş ərazilərində, eləcə də Bakı-Salyan avtomobil yolunun kənarında Eldar şamı, şam, kiparis və müxtəlif növ gül kolları olmaqla 5 mindən çox ağac əkilib.

Bu nəcib aksiyada Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov, Şura üzvləri, idarə, müəssisə, təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri yaxından iştirak edib.

Ətraf mühitin sağlamlaşdırılması, ekoloji vəziyyətin yaxşılaşdırılması üçün başlanan bu hərəkat daha da genişlənərək böyük ərazini əhatə edəcək. Əkilən ağaçların qorunması üçün müvafiq suvarma sistemi qurularaq gecikdirilmədən aqrotexniki qulluq göstəriləcək.