“Bəziləri öz cılız ağlına görə yozmasın ki,..” - Vüsalə Əlizadə

bezileri-oz-ciliz-aglina-gore-yozmasin-ki
Oxunma sayı: 9742

"20 il sonra dönüb arxaya baxanda, etdiklərimizə deyil, etmədiklərimizə təəssüflənəcəyik. Allah heç kimə "Kaş mənə verilən bu əmanət həyatı hədər etməzdim" deməyi nəsib etməsin. Sevmək və sevildiyini bilmək insana stimul verir".

”Qafqazinfo”nun axşam.az-a istinadən verdiyi məlumata görə, bu sözləri aparıcı Vüsalə Əlizadə deyib.

O, bu sözlərinin həyatında keçmişdə baş verən hadisə ilə əlaqəsi olmadığını bildirib:

"Yaşından, vaxtından, yerindən asılı olmayaraq, çalışın bu hissinizi ən yüksəkdə tutun. Bəziləri öz cılız ağlına görə dediklərimi yozmasın ki, keçmiş həyatıma aiddir. Mənim üçün bu gün övladım və sevdiklərim var, onlarla çox xoşbəxtəm. Şükür olsun Allahıma".