“Bəzilərinin məqsədi Ukraynaya dəstəyi ləngitməkdir” - Zelenski

bezilerinin-meqsedi-ukraynaya-desteyi-lengitmekdir
Oxunma sayı: 1661

“Ukraynalılar “Şimal axını” kəmərini partlatmayıblar”.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Finlandiya Baş naziri Sanna Marinlə keçirdiyi mətbuat konfransı zamanı deyib.

Zelenski bildirib ki, KİV-də yayımlanan bu tip materiallar Rusiyanın maraqlarına xidmət edir və Ukraynaya dəstəyi ləngitmək üçün tirajlanır.

 “Bəzi ölkələr müxtəlif yollarla sanksiyalardan yayınır və  nəticədə milyardlarla dollar qazanırlar”, - deyə Zelenski qeyd edib.