Bezos bir gündə 6,4 milyard qazandı

bezos-bir-gunde-64-milyard-qazandi
Oxunma sayı: 3203

ABŞ-ın “Amazon” korporasiyasının aksiyalarının qiymətinin rekord dərəcədə qalxması fonunda onun rəhbəri, dünyanın ən zəngin insanı – Ceff Bezosun sərvəti bir gündə 6 milyard ABŞ dollarından çox artıb. “Qafqazinfo” bildirir ki, bu barədə “Forbes” xəbər verib.

Nəşrin məlumatına görə, çərşənbə axşamı günü Nyu-York fond birjasında dünyanın ən böyük onlayn-riteylerinin aksiyalarının qiyməti 5,3% artıb (hər biri 2 238$). Beləliklə, korporasiya aksiyalarının 11,2%-nin sahibi olan Bezosun sərvəti kəskin yüksəlib, təxminən, 6,4 milyard ABŞ dolları (5%-ə yaxın) artıb və 138 milyarda çatıb.

Milyarderdən boşanandan sonra dünyanın ən zəngin qadınlarından birinə çevrilən Makkenzi Bezosun sərvəti ticarət sessiyası ərzində 2,2 milyard artıb və hazırda 44,8 milyard ABŞ dolları təşkil edir.