Bezos sərvəti ilə rekord qırdı

bezos-serveti-ile-rekord-qirdi
Oxunma sayı: 2904

Dünyanın ən varlı adamı, “Amazon”un rəhbəri Ceff Bezosun sərvəti 171,6 milyard dollara yüksələrək yeni tarixi rekorda imza atıb.

“Qafqazinfo” “Bloomberg”ə istinadən xəbər verir ki, daha əvvəl, 4 sentyabr 2018-ci ildə qeydə alınmış rekord (167,7 milyard dollar) yenilənib.

Agentlik qeyd edib ki, yeni rekord “Amazon” səhmlərinin qiymətinin bahalaşması sayəsində mümkün olub. Belə ki, şirkətin səhmləri 1 iyulda 4,4% bahalaşaraq rekord səviyyəyə (2 878,7 dollar) çatıb.

Qeyd edək ki, 2020-ci ilin birinci yarısında Bezosun rifahı ümumilikdə 56,7 milyard dollar artıb. Bir sıra biznes analitikləri isə onun 2026-cı ilə qədər dünyanın ilk trilyoneri olacağını proqnozlaşdırırlar.