Fənərbaxça faciəsi - Video

fenerbaxca-faciesi-video
Oxunma sayı: 736

Türkiyədə futbolda sövdələşmə ilə bağlı keçirilən dinləmələr çərçivəsində Beşiktaş ədliyyəsinə təqdim edilən 18 şübhəlidən 7-i həbs olunub. 11 nəfər sərbəst buraxılıb. Qiresunspor Futbol Klubunun prezidenti Olğun Peker, Diyarbəkirsporun keçmiş prezidenti Əbdürrəhman Yakut, məşqçi Levent Eris və oyunçu Mehmet Yıldız da daxil olmaqla 15 nəfər ötən gün sorğu-sual üçün İstanbul məhkməsmnə gətirilib. Digər şübhəlilər isə saxlama mərkəzinə köçürülməzdən əvvəl tibbi müayinə üçün xəstəxanaya aparılıb.

İstintaqın ən yüksək rütbəli şübhəlisi sayılan və həbsdən sonra vəziyyəti pisləşən Fənərbaxçanın prezidenti Əziz Yıldırım isə xəstəxanadadır və anqioqrafiyadan ( qan damarlarının rentgendən keçirilməsi) keçməsi gözlənilir.

Öz növbəsində Türkiyənin Futbol Federasiyasının yeni seçilmiş sədri Mehmet Əli Aydınlar intintaqı aparan prokurorlarla görüşüb. Əli Aydınlar görüşdən sonra jurnalistlərə müsahibəsində bildirib ki, araşdırma prosesinin yekunlaşdırılması uzun vaxt apara bilər və bu səbəbdən federasiya mövcud olan dəlillər əsasında addım atmalı və mübahisə ilə bağlı qərar verməli olacaq. Onun sözldərinə görə federasiya rəsmiləri bu qalmaqalda ittiham olunan klubları kənarlaşdırmağı qərara ala bilər. Türkiyənin Futbol Fderasiyası UEFA Çempionlar Liqasında mübarizə aparacaq komandaların siyahısını iyulun 15-dək təqdim etməlidir.

fener_clip0.flv