“Fənərbaxça” – “Qalatasaray” derbisi haqqında hər şey – Tarixi fotossesiya

fenerbaxca-qalatasaray-derbisi-haqqinda-her-sey-tarixi-fotossesiya
Oxunma sayı: 791

Bu gün futbol üzrə Türkiyə Superliqasında əzəli rəqiblər “Fənərbaxça” və “Qalatasaray” üz-üzə gələcək.

“Qafqazinfo”nun verdiyi məlumata görə, dünyanın 3 ən böyük derbisindən biri hesab edilən matçda tərəflər 367-ci dəfə üzləşəcək. Komandalar ilk dəfə 1909-cu ildə hazırda “Fənərbaxça”nın hazırda ev oyunlarını keçirdiyi “Şükrü Saraçoğlu” stadionunun yerləşdiyi yerdə “Papazın çayırı” adlı məkanda qarşılaşıb. İlk derbi “Qalatasaray”ın 2:0 hesablı qələbəsi ilə başa çatıb. Buna baxmayaraq 103 illik rəqabətdə “Fənərbaxça”nın üstünlüyü var. Belə ki, indiyədək oynanılan 366 oyunun 139-da “sarı-lacivərdlilər”, 116-da isə “cimbom” qalib gəlib. 111 matç isə “sülh”lə başa çatıb. Top fərqi də “Fənər”in xeyrinədir: 512:463.

Derbi tarixində ən böyük darmadağına isə “Qalatasaray” imza atıb. 1911-ci ilin 12 fevral tarixində keçirilən görüşdə “aslanlar” rəqibini 7 nəfərlə 7:0 hesablı məğlubiyyətə uğradıb. Derbinin ən məhsuldar matçında isə heç-heçə qeydə alınıb: 5:5.
Ən çox derbi matçına çıxan futbolçular “Qalatasaray”lı Turqay Şeren (54 oyun) və Cüneyt Tanman (53 oyun), “Fənərbaxça”lı Esat Kaner və Şeref Hasdır (hər ikisi 49 oyun).

Derbinin bombardirləri isə “Fənərbaxça” futbolçularıdır:

1. Zeki Rza “Fənərbaxça” 27 qol
2. Əlaəddin Baydar “Fənərbaxça” 24
3. Lefter Küçükandonyadis “Fənərbaxça” 20
4. Metin Oktay “Qalatasaray” 19
5. Hakan Şükür “Qalatasaray” 16

Baş hakim Bülent Yıldırımın idarə edəcəyi bugünkü matçda komandaların oyuna aşağıdakı heyətlərlə çıxacağı gözlənilir:

“Fənərbaxça”:
Volkan Demirel
Gökhan Gönül
Yosef Yobo
Serdar Kesimal
Reto Ziqler
Mehmet Topuz
Emre Belözoğlu
Kristian Baroni
Miroslav Stox
Aleks de Souza
Musa Sou

“Qalatasaray”
Fernando Muslera
Emanuel Ebu
Semih Kaya
Tomas Uyfaluşi
Hakan Balta
Emre Çolak
Felip Melo
Selçuk İnan
Engin Baytar
Necati Ateş
Yohan Elmander

Oyun Bakı vaxtı ilə saat 22:00-da başlanacaq.

Ceyhun Əhmədov