Filarmoniyanın divarlarında çat əmələ gəlib

filarmoniyanin-divarlarinda-cat-emele-gelib
Oxunma sayı: 644

Milli.Az xəbər portalının məlumatına görə, ail musiqi ocağının binasında təmir işləri aparılması üçün divar boyu xüsusi dəmir konstruksiya quraşdırılıb.

Filarmoniyadan Milli.Az xəbər portalına bildirilib ki, təmir işləri binanın fasad hissəsində aparılır. Buna səbəb isə binanın divarında suvaq çatlarının əmələ gəlməsidir. Hazırda təmir işlərinə yeni başlanılıb. İşlərin filarmoniyanın içərisində aparılıb-aparılmaması məlum deyil.

Qeyd edək ki, Azərbaycan Dövlət Filarmoniyasının binası 1910-1912-ci illərdə "İctimai toplantıların yay binası" proyekti kimi inşa edilib. 1936-cı il may ayının 25-də Dövlət Filarmoniyası yaranıb. 1937-ci ildə Flarmoniyaya Azərbaycan bəstəkarı Müslüm Maqomayevin adı verilib. 1996-cı ildən 2004-cü ilə qədər Filarmoniyada yenidənqurma və təmir işləri aparılıb. Musiqi ocağının son dəfə kamera və orqan musiqisi zalının binasının əsaslı təmir və bərpa işləri görülüb və 2010-cu il dekabrın 30-da açılışı olub.