Folklor İnstitutundan pornoqrafiya təbliğatı

folklor-institutundan-pornoqrafiya-tebligati
Oxunma sayı: 673

ANN.Az-ın verdiyi xəbərə görə, iddiaçı Folklor İnstitunu, bu institutun tərtib etdiyi 23 cildlik “Azərbaycan folkloru” kitabının redaksiya heyətini və çoxcildliyi nəşr edən “Nurlan” nəşriyyatını Azərbaycan xalqını, onun milli mənəvi dəyərlərini təhqir etməkdə ittiham edir. İddiaçı cavabdeh tərəflərdən üst-üstə 400 min manat təzminat, habelə təkzib və iddianın subyekti olan kitabların satışdan yığılaraq məhv edilməsini tələb edir.

Cavabdehlər qismində “Nurlan” nəşriyyatının indiki və direktorları, “Azərbaycan folkloru” kitabının redaksiya heyətinin sədri fil.e. doktoru Hüseyn İsmayılov, redaksiya heyətinin üzvləri – fil.e. doktoru, prof. İsrafil Abbaslı, akademik Teymur Bünyadov, professor Məhərrəm Cəfərli, AMEA-nın müxbir üzvü Tofiq Hacıyev, fil.e. doktoru, prof. Paşa Fəndiyev, fil.e. doktoru Qara Namazov, buraxılışa məsul, fil.e. namizədi Əziz Ələkbərli başda olmaqla Folklor İnstitutun ümumilikdə 22 nəfərin adları çəkilir.

T.Əliyevin Səbail rayon məhkəməsinə ümvanladığı iddia ərizəsində qeyd olunur ki, Folklor İnstitutunun Elmi Şurasının qərarı ilə sözügedən şəxslərdən bir qisminin iştirak etdiyi redaksiya şurasının hazırladığı 23 cildlik “Azərbaycan folkloru külliyyatı” kitabının 6-cı (səh. 322-324), 9-cu (səh.93-95), 10-cu (53-54) cildində “Azərbaycan xalqına, onun tarixinə, məişətinə, adət-ənənələrinə və mədəniyyətinə aşıq-aşkar hörmətsizlik” nümayiş olunub. Toplu “Nurlan” nəşriyyatında işıq üzü görüb.
Məsələ burasındadır ki, qeyd olunan cildlərdə yerləşdirilən nağıllarda açıq-saçıq səhnələr ədəbsiz formada – vulqar sözlərlə təsvir olunur. Amma bu da dərd deyil. Dərd burasındadır ki, külliyatın 6-ci cildindəki “Arzulounmaz kürəkən” nağılında qardaşın qardaşla, atanın inəklə cinsi əlaqəsindən söz açılır. Bundan başqa, məlum olur ki, bütün ailə üzvləri ana ilə də cinsi əlaqədə olublar.
9-cu сilddə yerləşdirilən “Şəmil- gühudun nağılı”nda isə ata yeniyetmə qızına zorla evlənmək istəyir və öz təklifini “Bağban da armudun yaxşısını birinci özü yeyir” fikri ilə əsaslandırır. Qız buna razılaşmadıqda isə hər vasitə ilə onu təqib edir.

10-cu cilddəki “Qara vəzirin nağıl”ında da eyni situasiya ilə qarşılaşırıq – ata qızı ilə evlənmək niyyətini ortaya qoyur və öz istəyinə çatmaq üçün min bir hiyləyə əl atır.

Nağılların auditoriyasını, bir qayda olaraq, azyaşlı uşaqlar, yeniyetmələr təşkil etdiyini nəzərə alsaq, iddiaçı taleyüklü məsələyə toxunur. Ərizədə də göstərildiyi kimi, bu nağıllar uşaqlarda, yeniyetmə və cavanlarda mentalitetə nifrət aşılayır, onların formalaşmaqda olan dünyagörüşünə, əxlaq və tərbiyəsinə ciddi ziyan vurur.

İddia ərizəsində göstərilir ki, adət-ənənələrə bu cür münasibət beynəlxalq qanunvericiliyə və Azərbaycan Konstutusiyasının 47-ci maddəsinə ziddir. Bu maddədə irqi, milli, sosial, dini nifrət və s. düşmənçilik oyadan təbliğatın yolbverilməz olduğu göstərilir. Tofiq Əliyevin fikrincə, “cavadehlərin kitabda nəşr etdirdikləri ”nağıllar” Azərbaycan adət-ənənəsinə açıqdan-açığa hörmətsizlik”, “xalqımıza təhqirdir”. Çünki bu nağıllar “Azərbaycan folkloru” kimi təqdim olunmaqla, onların altında Azərbaycan xalqının imzası qoyulub.

İddiaçı tərəf sözügedən faktları əsas gətirərək, Folklor İnstitunun və “Nurlan” nəşriyyatının Azərbaycan xalqından üzr istəməsini, kitabların dövriyyədən çıxarılaraq məhv olunmasını və cavabdehlərə ümumi həcmi 400 min manat olan cərimə kəsilməsini tələb edir.

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.