Fransadan Azərbaycanın notasına qəti cavab - Mətn

<b>Fransadan Azərbaycanın notasına qəti cavab - <font color=red>Mətn</b></font>
Oxunma sayı: 378

Fransanın Azərbaycandakı səfirliyindən “Qafqazinfo”ya daxil olan məlumata görə, bununla əlaqədar o aşağıdakı bəyanatı verib:

“Dağlıq Qarabağa münasibətdə bizim mövqeyimiz parlamentarilərə lazımi şəkildə bildirilmişdi. Bu səfər nəticə etibarı ilə Fransanın bu münaqişədə siyasətinə heç bir öhdəlik vermir və nə də onun siyasətini dəyişmir. Fransa, beynəlxalq birliyin bütün ölkələri kimi, o cümlədən Ermənistanın özü də, bu ərazinin müstəqilliyini tanımır.

Bu ərazinin beynəlxalq hüquqi statusu, yalnız sülh yolu ilə, ədalətli şəkildə və bütün aidiyyatlı tərəflər arasında razılaşdırılmış həll çərçivəsində müəyyən edilə bilər. Fransa, Birləşmiş Ştatlar və Rusiya ilə birlikdə ATƏT-in Minsk Qrupuna həmsədrlik edir. Buna əsasən ona, sonuncu Helsinki Aktının prinsipləri əsasında və Fransa, Amerika və Rusiya prezidentləri tərəfindən dəfələrlə, o cümlədən Böyük Səkkizlərin 2009-cu il Akila və 2010-cu il Muskoka zirvə görüşləri zamanı, irəli sürülmüş təkliflərə uyğun olaraq kompromis tapılmasına kömək etmək öhdəliyi verilmişdir”.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi