Futbol klubunun sahibi həbs edildi

futbol-klubunun-sahibi-hebs-edildi-
Oxunma sayı: 666

950 min dollar pul cəzası ilə sərbəst buraxılan Yeung avqustun 11-də məhkəməyə çıxacaq. İş adamının xaricə çıxmasına qadağa qoyulub. Yeungun yüzdə 26 hissəsinə sahib olduğu “Birmingham International” şirkətinin Honq Konq birjalarındakı əməliyyatları da dayandırılıb.

Qeyd edək ki, keçmiş bərbər olan Carson Yeung “Birmingham Citi”ni iki il əvvəl 131 milyon dollara almışdı. 51 yaşlı iş adamının sərvətinin 300 milyon dollar civarında olduğu təxmin edilir.

Səidə Teyyubqızı