Futbol matçı kütləvi dava ilə bitdi-Video

futbol-matci-kutlevi-dava-ile-bitdi-video
Oxunma sayı: 647

Bakıdakı “Dalğa Arena” stadionunda 15 yaşadək futbolçular arasında Kapital Bank liqasının final oyunu keçirilib. “Bakı” və “Neftçi” klubları arasında qarşılaşma bitəndən dərhal sonra oyunçular arasında dava düşüb. Tribunadakı azarkeşlərdən də bəziləri meydançaya daxil olaraq, davada iştirak ediblər. Komanda rəhbərlikləri və asayiş keşikçiləri qarşıdurmanı çətinliklə sakitləşdiriblər.

Qeyd edək ki, oyun “Neftçi”nin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

anspress