Futbolçuları qorxudan 1 aprel zarafatı

futbolculari-qorxudan-1-aprel-zarafati
Oxunma sayı: 662

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Türkiyə Superliqasında aşağı liqaya düşməmək uğrunda mübarizə aparan “Samsunspor” futbolçuları bu aqibəti yaşayıb.

Belə ki, sona 2 tur qalmış turnir cədvəlinin 16-cı pilləsində qərarlaşan “Samsunspor” 15-ci yerdəki “Antalyaspor”dan 6 xal geri qalırdı. Səfərdə “Beşiktaş”ı məğlub edən samsunlular “Antalyaspor”un “Bursaspor”a məğlub olması nəticəsində xal fərqini 3-ə endirib və yüksək liqada qalmaq şansını son tura saxlayıb. Lakin oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərdən biri “Samsunspor” futbolçularının “kefinə soğan doğrayıb”. Media nümayəndəsi “Bursaspor”un “Antalyaspor”la oyunda legioner limitini keçdiyini və bu səbəbdən antalyalılara texniki qələbə veriləcəyini bildirib. Bir anda Superliqadan ümidini üzən futbolçular bunun “1 aprel” zarafatı olduğunu bildikdən sonra özlərinə gəlib.

Qeyd edək ki, son turda “Samsunspor” evdə “Sivasspor”la, “Antalyaspor” isə səfərdə “Fənərbaxça” ilə üz-üzə gələcək.


Ceyhun Əhmədov