Futbolçularımız prezidenti sevindirib

futbolcularimiz-prezidenti-sevindirib
Oxunma sayı: 638

“Qafqazinfo”nun məlumatına görə, o, klubun bütün üzvlərini təbrik edib: ““Bakı” futbol klubunun təcrübəsi və təşəbbüsü dəstəklənməlidir. Əminəm ki, yaxın zamanlarda Azərbaycanın bütün klublarının belə gözəl infrastrukturu olacaqdır. Bu qurğu həm Azərbaycanda, həm də bütün regionda ən yaxşı komplekslərdən biridir” Prezident İlham Əliyev yığma komandamızın son vaxtlar layiqli futbol nümayiş etdirməsinin onu sevindirdiyini bildirdi. “Mən ölkəmizin bütün klublarına azarkeşlik edirəm”, - deyən dövlət başçısı əmin olduğunu bildirdi ki, onlar Azərbaycanı beynəlxalq yarışlarda layiqincə təmsil edəcəklər.

Prezident İlham Əliyev bildirdi ki, burada yaradılan şərait klub rəhbərliyinin və futbol ictimaiyyətinin idmanın bu növünə olan münasibətinin nəticəsidir. Milli komandada nəsillərin dəyişməsi prosesinin uğurla getdiyini diqqətə çatdıran dövlət başçısı, yaradılan yüksək şəraitlə müsbət nəticələrə nail olmağın mümkünlüyünü qeyd etdi.

FİFA prezidentinin son illərdə üç dəfə Azərbaycanda olduğunu və onun ölkəmizə dəstək verdiyini vurğulayan Prezident İlham Əliyev sonda “Bakı” futbol klubuna uğurlar və yeni qələbələr arzuladı.