Futbolçularımızın oynayacağı “Türk Telekom Arena”da qəza

futbolcularimizin-oynayacagi-turk-telekom-arenada-qeza
Oxunma sayı: 679

“Qafqazinfo”nun türk saytlarına istinadən verdiyi xəbərə görə, güclü külək səbəbindən stadionun tavanından 8 metrlik hissə qoparaq boş sahəyə düşüb. 160 milyon avroya başa gələn və Türkiyənin ən müasir stadionu hesab edilən “TT”də baş verən qəzanın oyundan əvvəl boş stadionda baş verməsi isə ağır itkilərin qarşısını alıb. “Qalatasaray”ın prezident köməkçisi Adnan Öztürk bu gün saat 22:00 da keçiriləcək Türkiyə - Azərbaycan oyununda belə bir problemin yaşanmayacağına dair təminat verib.