Futbolda görünməmiş hadisə

futbolda-gorunmemis-hadise-
Oxunma sayı: 671

Azerisport.az xəbər verir ki, qarşıdakı turun oyunlarında bütün futbolçular 1 nəfər kimi meydana eyni nömrə ilə çıxacaqlar.

Hər matçda eyni vaxtda meydanda 22 futbolçunun 25 nömrəli forma ilə oynaması təsadüfi deyil. Bu, futbol meydançasında ölən Pyermario Morozininin xatirəsi ilə bağlıdı. Bütün futbolçular da məhz onun daşıdığı 25 nömrə altında meydana çıxacaqlar.

Bundan başqa P.Morozininin 2007-2009-cu illərdə oynadığı “Viçentsa” klubu bu nömrəni əbədiləşdirəcək.