Gecə 13 nəfəri şil-küt edən sürücü icra başçısının oğlu çıxdı

gece-13-neferi-sil-kut-eden-surucu-icra-bascisinin-oglu-cixdi
Oxunma sayı: 651

Qeyd edək ki, hadisə “Mercedes” markalı minik avtomobilinin “VAZ-2107” markalı avtomobilə, ikincinin isə daha bir “VAZ 2107”yə çırpılması nəticəsində baş verib. Bu qəzada xəsarət alan olmasa da, qəzaya uğramış maşınların sürücülərinin mübahisəsi zamanı ətrafa xeyli insan toplaşıb. Bu zaman isə qarşıdan sürətlə gələn “Mercedes” markalı avtomobil idarəetməni itirərək, yolda toplaşanları əzib keçib.

Bu gün musavat.com portalı xəbər yayıb ki, sözgedən qəzanı törədən sabiq nazir İrşad Əliyevin oğludur. Yeri gəlmişkən, bu gün hadisə haqqında DİN-də məlumat yayıb. Həmin məlumatda qeyd olunur ki, iyunun 20-də saat 00.15 radələrində Bakının Nizami rayonu ərazisində, "Mersedes" və "VAZ-2107" markalı avtomaşınlar toqquşub, ölən və xəsarət alan olmayıb.

Bununla əlaqədar hadisə yerinə 1 qrup şəxs toplaşıb və bu zaman oradan keçən Bakı şəhər sakini Fuad Əliyevin idarə etdiyi "Merсedes" və Şərur rayon sakini Elçin Əliyevin idarə etdiyi "VAZ-2107" markalı avtomaşınlar toqquşub.

Əliyev idarəetməni itirdiyindən hadisəyə baxan 13 nəfər şəhər sakinlərini vurub.Nətiсədə 2 nəfər xəstəxanaya yerləşdirilib, digərlərinə isə tibbi yardım göstərildikdən sonra buraxılıblar.

Qeyd edək ki, İrşad Əliyev hazırda Kürdəmirin icra başçısıdır.