Gələn ay aksiya ilə başlayacaq

gelen-ay-aksiya-ile-baslayacaq
Oxunma sayı: 657

“Qafqazinfo”nun məlıumatına görə, müstəqil gənclərin təşkil etdiyi aksiya saat 14.30-da baş tutacaq və aksiya iştirakçıları İçərişəhər metrosu qarşısında toplaşacaq. Piket zamanı əhaliyə 10 min ədəd bildiriş paylanacaq. “Azərbaycan təhlükədə” başlığı ilə paylanacaq bildirşdə Urmiya gölünün qurudulmasının Azərbaycana vuracağı təhlükə, İran hakimiyyətinin Azərbaycana qarşı mövqeyi, Azərbaycanı dövlət kimi qəbul etməməsi kimi məsələlərlə bağlı məluamtlıar yer alacaq.

Bundan başqa gənclərin şəhidlərin və siyasi məhbusların üz maskaları ilə yürüş təşkil edəcəyi də bildirilir.

Gənclər aksiyaya müxalif və ya iqtidar yönlü olmasından asılı olmayaraq bütün partiyaların dəvətli olduğunu bəyan edib.

Fatimə Kərimli