Gəncədəki iki ölüm Respublika Prokurorluğunun diqqətində

gencedeki-iki-olum-respublika-prokurorlugunun-diqqetinde-
Oxunma sayı: 647

Respunlika Prokurorluğunun mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, iyunun 17-də saat 17 radələrində Gəncə şəhərində fəaliyyət göstərən “Detal Alüminium” Məhdud Məsuliyyətli Cəmiyyətin ərazisində söküntü işləri aparılarkən 66 metr uzunluğunda dəmir-beton konstruksiyalı tavanın çökməsi nəticəsində fəhlələr - 1975-ci il təvəlldüdlü Feyzullayev Vyaçeslav Mahmud oğlu və 1977-ci il təvəllüdlü Seyfullayev Səlim Səttar oğlu uçqun altında qalaraq aldıqları xəsarətlərdən hadisə yerində ölublər.

Şəhər prokurorluğunun əməkdaşları tərəfindən hadisə yeri və meyitlərə məhkəmə-tibbi ekspertin iştirakı ilə baxış keçirilmiş və fakta görə həmin tarixdə Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanaraq iş üzrə məhkəmə-tibb ekspertizaları təyin olunmuş, şahidlər dindirilmiş və digər zəruri istintaq hərəkətləri aparılıb.

Hazırda iş üzrə istintaq davam etdirilir.