Generalın şeirləri - “Qafqazinfo”da

generalin-seirleri-qafqazinfoda
Oxunma sayı: 1440

Qalx ayağa müsəlman!

Bəsdir yatdın, dur, oyan!
Qalx ayağa, müsəlman!
Qardaşına kömək ol,
Vermə düşmənə aman!

Əsrlər boyu yatdın,
Qardaşına daş atdın!..
Birlik nədir bilmədin!,
Düşmənini yaşatdın!..

Bəsdir yatdın, dur, oyan!
Qalx ayağa, müsəlman!
Qardaşına kömək ol,
Vermə düşmənə aman!

Müsəlmanlar hardadır,
Orda da, qalmaqaldır.
Öldürən də, ölən də,
Ancaq müsəlmanlardır.

Bəsdir yatdın, dur, oyan!
Qalx ayağa, müsəlman!
Qardaşına kömək ol,
Vermə düşmənə aman!

Sünni, şiyə sözündən,
Faydalandı hər düşmən!..
Qırğın saldı araya!
Bizi saldı bəlaya!

Bəsdir yatdın, dur, oyan!
Qalx ayağa, müsəlman!
Qardaşına kömək ol,
Vermə düşmənə aman!

Sünni də mən, şiyə də-
Çaşmayın siz nə badə!
Doğma qardaşlıq edin
Düşmən üstünə gedin!

Bəsdir yatdın, dur, oyan!
Qalx ayağa, müsəlman!
Qardaşına kömək ol,
Vermə düşmənə aman!

Uydun fitnə-fəsada,
Bel bağladın sən yada!
Öz-özünü məhv etdin!..
Gücsüz qaldın dünyada!..

Bəsdir yatdın, dur, oyan!
Qalx ayağa, müsəlman!
Qardaşına kömək ol,
Vermə düşmənə aman!


Nəsihət

• Oğlum, əməlinlə şərəfi qoru,
• Ki, sən ol ən təmiz, sudan da duru!
• Gecə-gündüz çalış hər elmi ara,
• Xalqının xeyrinə, şərinə yara!
• Ulu Heydər yolu məqsədin olsun!..
• Dühası, zəkası məbədin olsun!
• Elə şəxsiyyətlər az-az yetişər
• Ki, onun üzündən gül açsın bəşər.
• Odur alçalmadan yüksəyə qalxan.
• Haqsızlıq önündə yenilməz qalxan.
• Kişilik rəmzidir, xalqın nəqşidir,
• Qurtuluş yolunda tanrı bəxşidir.
• Alçala-alçala yaşamaqdansa
• Ucala-ucala ölmək yaxşıdır.
• Vətən oğlu ikən ehtiyatlı ol!
• Hamıya xoş gəlməz tutduğun bu yol!
• Səbəb o deyil ki, sən incidəsən-
• Kimisə özünə düşmən edəsən!..
• Paxıl ikrah edər, şan-şöhrətindən,
• Düşmənin kəsilər küdurətindən!
• İstəsən səninçün düşmən yox olsun!
• İnsanlar içşində dostun çox olsun...
• Sən haqqı nahaqqa qurban eyləmə!
• Heç zaman, heç kəsə nahaq söyləmə!
• Mən, düzəm, təmizəm, sözünü belə!
• Dilinə gətirib car çəkmə elə!
• Bil ki, bu həyatda çoxdu namərdlər,
• Nəinki mərdliyi, düzü sevənlər.
• Çünki bu təmizlik qarşısında hər,
• Riyakar necə var, elə görünər!
• Odur ki, əyrilər düzdən çəkinər,
• Hər kəsin onun tək olmağını istər...
• Cəhənnəmə gedən vicdanın danar!
• Özünə həmişə yoldaş axtarar...
• Çalış ki, zahirən onlar tək görün,
• “Palaza bürünüb el ilə sürün”!
• Ki, səndən naqislər qorxub, hürkməsin,
• Səni təmiz görüb pislik etməsin!..
• Onda, bil, namərdlər düşmənin olmaz-
• əkdiyin gül-çiçək baharda solmaz!
• Həsən insanlığın qeydinə qaldı,
• Həyatda gördüyün qələmə aldı...
• Ki, fani dünyada hər kəs özünü
• Görüb, ibrət etsin, tutsun düzünü!..



Haqqına yaz


Əsər yazan, şer yazan
Hər nə yazdın, haqqına yaz!
Düzü düz əyrini əyri
Hər şeyi öz adına yaz!
Həyatda hər bir etdiyin
Səhvi öz vicdanına yaz!...
Və bil ki, vicdan dediyin
Hər insanın iç üzüdür
Hamını olduğu kimi
Göstərən saf güzgüsüdür!
Odur ki, sən günahını
Olarsa, öz adına yaz,
Ulu tanrıdan çəkinib
Hər şeyi düz haqqına yaz!
Yazanda da xalqı sevən
Şəxsiyyət ünvanına yaz!
Heydər kimi bir dahinin
Şöhrətinə şanına yaz!
Yaratdığı xariqələr,
Qəhrəmanlıq adına yaz!
Qazandığı müstəqilllik,
Azadlıq dövranına yaz!
Ölkəmizdə hökm sürən
Xoşbəxtlik məqamına yaz!
Milləti millət edənin
Zəhmətin öz adəna yaz!
Ümumilli liderimiz-
Heydərin öz adın yaz!
Dahi Heydər öz xalqının-
Nəfəsi, qanı, canıdır!
Şərqi, qərbi, həm güneyi
Bütöv Azərbaycanıdır!
Vətənə eşq məhəbbəti
Xalqa sevgi sədaqəti
Milli birliyi, vəhdəti
Ondan öyrəndi millətim!
İgidliyi, ölməzliyi,
Haqq yolundan dönməzliyi,
əqidədə sönməzliyi,
ondan öyrəndi millətim!
Çətinliklə dəyanəti,
Haqq yolunda mətanəti,
Mübarizlik, səadəti,
Ondan öyrəndi millətim!
İnsanlıqda mərhəməti,
Düz söhbəti, məzəmməti,
Həyatda saf ülviyyəti,
Ondan öyrəndi milləim!
O, varlığı, həqiqəti
Axı danmaq olmaz qəti!
Dərk edib məsuliyyəti
Hər şeyi öz adına yaz!


Gülürlər


Ay insanlar, bir zamana gəlibdir,
Qoşma qoşub, şer yazana gülürlər.
əcnəbi dil şan-şöhrətə minibdir,
doğa dildə danışana gülürlər.

Pul olubdur insanlığın ölçüsü,
Rüşvətxorlar, almayana gülürlər.
Dəllallardır zəmanənin “el gücü”,
Vətənsevər, mərd insana gülürlər.

Avropa donunda, qərb biçimində,
Millətdn uzaqlar xalq seçimində.
Adət-ənənəni, elin içindı,
Lağa qoyub, yaşadana gülürlər.

Demokratiya sözü özündən uzaq,
əxlaq da düşübdür kökündən uzaq.
Həqiqətsə qalıb yetim, yalquzaq,
Adın çəkən hər insana gülürlər.

Həsən, insanları dərindən tanı
Qoru millət adın, şərəfi, şanı!
İtirmə heç zaman abır-həyanı,
Gülənlərsə, öz zatına gülürlər.





Ayıq olun!


Düşünürəm öz-özümə
Bəlkə dünya xəstələnib?!
Cahan mülkü hərbə gedir,
Yoxsa göydən dərd ələnib?!

Dünya yaman çalxalanıb,..
Əhli bəşər parçalanıb.
Dini kökə arxalanıb,
Şər qüvvələr “kara” gəlib!

Gücsüz ölkələr nahaqdır,
Quzular yox, qurdlarr haqdır.
Terror da bir süni faktdir,
Bəşər əhli zara gəlib!..

Peyğəmbərimiz buyurub:
- Hamı Adəmdən doğulub.
Kim ki dinlərə fərq qoyub
Bilin ki, o şərə gəlib

Həsən deyir ayıq olun!
Son kitaba layiq olun!
Heydərimə sadiq olun!
Onsuz bir gün, qara gəlib!!!

Axtarır səni


Xalqımızın ümummilli lideri Heydər Əliyevin əziz xatirəsinə ithaf edirəm


Nə müddətdir könlüm yaman darıxır,
Gözlərim hər yanda axtarır səni:
- Xəyalım dolanır göylərə qalxır,
Göylərin qatında axtarır səni!
Ey ulu öndər!

- Bu bir ayrılıqdır, sonu görünməz
Sirli dünyamızdır, yolu bilinməz!
Ora gedən bir də geriyə dönməz,
Tanrı dərgahında axtarır səni!
Ey ulu öndər!

- Xalqını çıxartdın ağ günə, demək
Bəhərin dadmağa qoymadı fələk.
Dövlətə, xalqına İlhamdır gərək!
Onun timsalında axtarır səni!
Ey ulu öndər!

- Ha qaçım, çalışım ta sənə yetməm,
Sənsiz bu həyatda mən bir yetiməm.
Çətin ki, bir daha ürəkdən güləm,
Həsən bu halına axtarır səni!
Ey ulu öndər!