Gilan “Yeni Müsavat”dan bir milyon təzminat istədi

gilan-yeni-musavatdan-bir-milyon-tezminat-istedi
Oxunma sayı: 686

"Yeni Müsavat" rəhbərliyindən verilən məlumata görə, qəzetə qarşı iddia "Jalə" şirələri ilə bağlıdır. Belə ki, 2009-cu ilin aprelində (2 il 6 ay əvvəl) "Yeni Müsavat"da dərc olunmuş "JALƏ 100 FAİZ TƏHLÜKƏLİ ŞİRƏDİR" başlıqlı yazı qəzetin məhkəməyə verilməsinə səbəb olub. "Gilan" zavodu bunun və digər uyğun materialların zavodun işgüzar nüfuzuna xələl gətirdiyini düşünür.

Məhkəmə iddiası qaldıran tərəf - "Gilan" rəhbərliyi "Yeni Müsavat"dan 1 milyon manat məbləğində təzminat tələb edir.

"Yeni Müsavat" rəhbərliyi qeyd edir ki, bu, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun nəzarətində olan biznes strukturlarının hansısa qəzeti məhkəməyə verdiyinə dair ilk faktdır.