Google-da Bakının Nefçilər prospekti erməni dilində göstərildi-Foto

<b>Google-da Bakının Nefçilər prospekti erməni dilində göstərildi-<font color=red>Foto</b></font>
Oxunma sayı: 596

Qeyd edək ki, Google Maps-da Ermənistanın işğal etdiyi ərazilərin təsvirlərində rəsmi Azərbaycan adlarının deyil, məhz erməni dilli topoqraf adlarının istifadəsi halı dəfələrlə qeyd edilib. Azərbaycanın müvafiq dövlət qurumları və ictimaiyyət birgə səy göstərərək Azərbaycan Respublikasının ərazisində yerləşən coğrafi və tarixi adların dəyişdirilməsi hallarının qarşısını qətiyyətlə almalıdır.

İKT İnformasiya Mərkəzi rəsmi Azərbaycanın bu istiqamətdə atdığı addımları da qeyd edir. Belə ki, bir müddət öncə dövlət başçısı 1903-cü ildə Rusiyada tərtib edilmiş “Karta Kavkazskoqo Voennoqo Okruqa 1903-qo qoda” xəritəsi əsasında “Cənubi Qafqaz. 1903-cü il” xəritəsinin nəşr edilməsi haqqında sərəncam imzalayıb. Bu, bəzi ölkələrin Azərbaycanın ərazi bütövlüyü haqqında məlumatları, ölkəmizin ərazisinə yerləşən tarixi və coğrafi adları təhrif etmək cəhdlərinin qarşısını almaq məqsədi daşıyır.

Nigar Məmmədli


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi