Görüşə gedirdilər, bıçaqlandılar

goruse-gedirdiler-bicaqlandilar
Oxunma sayı: 653

İki nəfər - 27 yaşlı Kərimaov Afiləddin İbrahim oğlu və onun həmyaşıdı Həsənov Vüqar Xanbəy oğlu naməlum şəraitdə bıçaq xəsarələri alıblar. Yaralılar hadisə şahidlərinin köməkliyi ilə xəstəxana çatdırılıblar. Xəsarətləri ağır olsa da, əməliyyat olunan hər iki yaralını həyatı xilas etmək mümkün olub.

Abşeron Rayon Polis Şöbəsinin əməkdaşları faktla bağlı araşdırmalara başlayıblar. İlkin araşdırmalardan sonra məlum olub ki, bıçaq yaraları alan Vüqar və Afiləddin yaxın qohumdurlar. Sabunçu rayonunda yaşayan hər iki şəxs Xırdalan şəhərinə əvvəldən tanıdıqları bir nəfərlə görüşmək üçün gəliblərmiş. Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir. Abşern polisi iki nəfəri bıçaqlayan şəxsin axtarır.

ANS PRESS