“...Gülməli görünür” - Nazir

gulmeli-gorunur-nazir
Oxunma sayı: 638

Problem mexanizmlərdə yox, Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş torpaqlarında olmasındadır. Əgər o qoşunlar oradan çıxsa, həm insident, həm də mexanizm problemləri həll olunacaq. Bu Azərbaycanın mövqeyidir və biz onun üzərində dayanacağıq». Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov iyulun 9-da ATƏT-in baş katibi Lamberto Zanerlə birgə keçirdiyi mətbuat konfransında deyib.

Lamberto Zaner konfransda bildirib ki, təmas xəttində və sərhəddə insidentlərin baş verməsi narahatlıq doğurur: "Biz ATƏT-in monitorinq rolunun gücləndirilməsini təklif edirik. Bu baxımdan snayperlərin təmas xəttindən çıxarılmasını, eləcə də bir neçə etimadın artırılması tədbirlərini təklif etmişik. Prezidentlərin görüşündə bu təkliflər razılaşdırılıb və onların icrasına başlanılmalıdır. Eləcə də təmas xəttində insidentlərin araşdırılması mexanizmi işə salınmalıdır”.

Ona görə də biz bir tərəfdən atəşkəsi gücləndirməyə çalışmalı, digər tərəfdən də danışıqlardan bəhrələnib onların uğurlu başa çatması üzərində çalışmalıyıq:
“Bir daha bildirmək istəyirəm ki, tərəflər öz aralarında razılaşıb hər hansı bir həll üzərində qərarlaşmalıdılar və bu heç kim tərəfindən onlar üzərində tətbiq və ya icra oluna bilməz”.

Lamberto Zaner jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, Minsk qrupu həmsədrlərinin təklif etdiyi kimi, əgər cəbhə xəttində baş verən insidentlərin araşdırılması mexanizminin mövcudluğu insidentlər baş verdiyi halda onların ictimailəşdirilməsi üçün bir mexanizm alətdir: «Təmas xəttində baş verənlərdən ictimaiyyəti məlumatlandırmaq üçün bu çox yaxşı bir alət olacaq. Ona görə də əgər tərəflər buna razılaşarsa, artıq ondan sonra bunun sırf prosedurları və hansı şərtlərlə icra olunacağı qərarlaşdırılacaq».

O bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün danışıqlar yolu ilə tapılacaq həllə heç bir alternativ ola bilməz. Ona görə də bu danışıqlar prosesinin davam etməsi vacibdir ki, sonda konstruktiv razılıq əldə olunsun: «Hesab edirəm ki, bu prosesə nə qədər çox beynəlxalq qurumlar cəlb olunsa, o qədər də səylər artacaq və proses daha da sürətlənəcək. Məsələn Avropa Birliyinin bu baxımdan etimadın artırılması tədbirlərini dəstəkləyir, ölkələr arasında əlaqələrin artırılması və eləcə də dialoqun gücləndirilməsi sahəsində iş görür. Biz də bu demokratik qurumların fəaliyyətini dəstəkləyirik».

ATƏT-in baş katibi Lamberto Zaner Bakıdan sonra Ermənistana və Gürcüstana səfər edəcək. /azadliq.org/