Gürcüstan Rusiyaya “No” dedi

gurcustan-rusiyaya-no-dedi
Oxunma sayı: 669

Bunu Gürcüstan xarici işlər nazirinin müavini Sergey Kapanadze bəyan edib. “Əgər Rusiya bu qondarma respublikaların tanınması barədə 2008-ci il 26 avqust tarixli qərarına yenidən baxsa və Gürcüstanın işğalına son qoysa biz münasibətlərin bərpa olunmasına hazırıq” - deyə Kapanadze bildirib.

Xatırladaq ki, bir neçə gün əvvəl Gürcüstan Rusiya üçün vizasız rejim tətbiq edib. Rusiya XİN-in rəsmi nümayəndəsi Aleksandr Lukaşeviç Rusiyanın Gürcüstanla qarşılıqlı əsasda vizasız rejim tətbiq etməyə hazır olduğunu və diplomatik münasibətləri bərpa etməyi təklif etdiyini bildirib.