Gürcüstandakı azərbaycanlılar ayağa qalxdı

gurcustandaki-azerbaycanlilar-ayaga-qalxdi
Oxunma sayı: 675

“Qafqazinfo”nun gürcü KİV-nə istinadən verdiyi xəbərə görə, qəti tədbirlərə əl atacaqlarını deyən kənd sakinləri etiraz əlaməti olaraq hökumətin ehtiyacı olanlara verdiyi 30 lari vauçerdən imtina ediblər. Azərbaycanlı sakinlər Kaxetiya İnformasiya Mərkəzinə verdiyi açıqlamalarında Gürcüstan prezidentinə yazdığı məktubun mətnini diqqətə çatdırıblar: “İormuğanlıda 20 minə qədər insan yaşayır. Onların 98%-i milliyyətcə azərbaycanlıdır. Bizim torpaqları alaraq mənşəyi bilinməyən hansısa bir şirkətə satıblar. Ərazinin ümumi sahəsi 5100 hektar təşkil edir və onu “Georgia projet 2” MMC-yə veriblər. Şirkət isə torpaqları 5 milyon lariyə (3 mln. Dollar) alıb. Hörmətli prezident, torpaqlar olmadan 30 lari vauçer bizim nəyimizə lazımdır? Biz siyasətçi deyilik və buna marağımız da yoxdur, lakin seçkiqabağaı dövr yaxınlaşanda bizim haqqımızda dərhal hamı düşünür”.

Saqareco bələdiyyəsi rəhbəri Qiya Çalataşvili İormuğanlı sakinlərinin etirazına səbəb olan torpaqların dövlətin mülkiyyətində olduğunu, onun satışı haqqında qərarın isə İqtisadiyyat və davamlı İnkişaf Nazirliyi tərəfindən qəbul edildiyini deyib: “Onların torpaqlarını heç kim almayıb. Azərbaycanlıların İvri dərəsində ən yaxşı torpaqları var. Hər bir ailənin faktiki olaraq istifadə etdiyi 2 hektara yaxın kənd təsərrüfatı sahəsi var və hökumət torpaqları onların mülkiyyətinə verməyə çalışır. Satılmış torpaqlara gəlincə isə, mənim məlumatıma görə, oranı ingilis sahibkar alıb, lakin hansı məqsədlə bilmirəm”.

Səidə