Hacı Qalib Əli Evsenin həbsi haqda maraqlı açıqlamlar verdi

haci-qalib-eli-evsenin-hebsi-haqda-maraqli-aciqlamlar-verdi-
Oxunma sayı: 670




Milli Məclisin deputatı, Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Şeyxülislam Hacı Allahşükür Paşazadənin qudası Hacı Qalib Salahzadə şeyxin digər qudası İspaniyada həbs olunan Əli Evsenin müdafiəsinə qalxıb. “Qafqazinfo”nun məlumatına görə, millət vəkili Ə. Evsenin həbsinə münasibət olaraq açıqlama verib. Q. Salahzadə bildirib ki, Əli Evsenin heç bir günahı olmayıb: “Günahı olsaydı, Evseni İspaniyada aeroporta düşən kimi həbs edərdilər. Evsen Madriddə oteldə qalıb. Polis nəfəri onun yanına gəlib bölməyə getməsini xahiş edib. Evsen də gedib və onu həbs ediblər. Ondan azadlığa çıxması üçün 18 milyon avro girov istəyiblər. Əli Evsenin bu qədər pulu olsaydı, elə Türkiyədə qalıb istirahət edərdi”.

Əli Evsenin qızı A.Paşazadənin oğlu ilə ailə həyatı qurub. Hacı Qalibin oğlu isə şeyxin qızı ilə evlənib. Q. Salahzadə qohum kimi, Ə.Evseni müdafiə etdiyini və yaxın günlərdə sərbəst buraxılacağına inandığını qeyd edib.

Əli Evsen İspaniya polisi tərəfindən ötən həftə Madriddə həbs olunub. O, Misirin keçmiş prezidenti Hüsnü Mübarəkin ən yaxını olan misirli iş adamı ilə birlikdə ictimai sərvətləri talama, rüşvətxorluq, korrupsiya və çirkli pulların yuyulmasında ittiham olunur.

İttihama görə, Azərbaycanda fəaliyyət göstərən “Evsen Group” şirkətinin qurucusu olan Əli Evsen isə Mübarəkin çirkli pullarının yuyulmasında kuryerlik edib, pulları öz şirkətlərinin hesabları üzərindən eks-prezidentin adamlarına göndərib.