Hadisə Mübariz Mənsimovla yaxalandı

hadise-mubariz-mensimovla-yaxalandi
Oxunma sayı: 849


Son vaxtlar adı Tarkanla hallanan Hadisə ilə bağlı daha bir qalmaqallı xəbər yayılıb. “Qafqazinfo”nun məlumatına görə, müğənninin Azərbaycan əsilli iş adamı Mübariz Mənsimovun gəmisində olduğu bildirilir. Qeyd edək ki, Hadisə iş adamının sahib olduğu “Billionere Club”un açılışında şou göstərmişdi. Cütlük iki ay bundan əvvəl də həmin açılış mərasimində tanış olublar. Müğənninin Mübariz Mənsimovun gəmisində olması xəbərini Erol Köse twitterdə “Flaş, flaş. Hadisə azəri Mübarizin gəmisindədir” cümləsini ilə bəyan edib.

Səidə