“Hamı bilir ki, hakim “İnter”in başına nə oyun açdı”-İttiham

hami-bilir-ki-hakim-interin-basina-ne-oyun-acdi-ittiham
Oxunma sayı: 639

“Qafqazinfo”nun verdiyi xəbərə görə, komandanın hücumçusu Bahodir Nasimov bu məğlubiyyətdə oyunun baş hakimini günahlandırıb. “Flaqman”ın və Premyer liqanın bombardiri "Xəzər Lənkəran"la qarşılaşma barədə klubun saytına danışıb: "Təəssüf ki, zədələndiyimdən meydanda çox az oldum. Bilmirəm ki, belə vacib oyuna nə üçün Elçin Məmmədov təyin edilir. Bu hakim iki tur əvvəl "Xəzər Lənkəran"-"İnter" oyununda kobud səhvlərə yol vermişdi. Hamı bilir ki, bu hakim "İnter"in "başına nə oyun açdı". "Xəzər Lənkəran"ın xeyrinə idarəçilikdən sonra Elçin Məmmədov daha çox məsuliyyət tələb edən "Xəzər Lənkəran"-"Neftçi" matçına təyin edilir. Yenə də həmin münasibət, yenə də qərəzli qərarlar. Elçin Məmmədovun "səyi" nəticəsində biz nəinki bu oyunda itirdik, növbəti oyunlarımıza da təsir göstərəcək "zərbə" aldıq”.
Qeyd edək ki, “Xəzər Lənkəran” – “Neftçi” oyunu 1:0 hesabı ilə cənubluların xeyrinə başa çatıb.


Ceyhun Əhmədov