Hamımız allahsızıq

<b>Hamımız allahsızıq</b>
Oxunma sayı: 261


Bu lətifəni yaradan “səbəb” bizdə də az-çox formalaşmağa başladı. Bir yazıçı həbs edildi, bir qrup toplaşıb xristian oldu, sonra o yazıçı qətl edildi və “hamı Allahsız oldu”. Maraqlısı odur ki, Azərbaycan ilk dəfə bu tipli qətllərə səhnə olmurdu, amma bu tipli etiraza şahid oldu. Nə siyasilərdən Afiyəddin Cəlilov, Ziya Bünyadov, Şahmərdan Cəfərov, Əjdər Xanbabayev, Eldar Bağırov, nə qələm əhli Elmar Hüseynov, nə hərbi rütbəli Eduard Hüseynov, Şəmsi Rəhimov, Fətulla Hüseynov, Rail Rzayev, nə hüquq mühafizə əməkdaşları Azər İsmayılov və Rövşən Əliyev, nə də ki Ekstrasens Etibar Elkin və ya Fərəməz Maqsudov ailəliklə qətl olunanda kimsə qatilin dini inancı və ya imanı ilə maraqlanmadı. Bəlkə də qatil dinsiz-imansızdır düşüncəsiylə etiraz etməyə çəkindilər. Amma Allaha inanmayan bir yazar qətl olunanda kütləvi şəkildə Allahı, İslamı, Məhəmməd Peyğəmbəri və inanclı insanları təhqirə başladılar. Məni yalnış anlamayın, qətlə və ya qatilə heç vaxt haqq qazandırmaram. Problemin hüquqi çərçivədə həllinin tərəfdarıyam. Cəza hər kəs üçün eynidir. Problem qətl sonrakı diskusiyaların inanclı və ya inancsız insanları təhqir həddinə gəlib çıxmasındadır.

Mətbuat da bu polemikalara şərait yaratdı, nəticədə isə uğursuz debatlara şahid olduq. Hər iki tərəf aqressiya nümayiş etdirir və getdikcə çirkinləşir. Öldürülən müsəlmanlar unuduldu və nə üçünsə öldürülən bir ateistin qatili timsalında “günahkar müsəlmanlar” peyda oldu. Ən maraqlısı da odur ki, “neoateistlərimiz” Xristianlığı, İsanı, Yahudiliyi, Musanı və s. heç vaxt tənqid etmirlər, onlara görə ateist müsəlman olmamaqdır. Lap yaxşı ateist isə Məhəmməd Peyğəmbəri və Quranı təhqir edənə deyilir. Sosial şəbəkələrdə mövzu əndazəni aşır, sərhədsizləşir.
Onsuz da milli kimlik, tarixi ad, coğrafi ad, dövləti bütünlük kimi problemlərimiz var, indi də inanc və dini qarşıdurma dərdinə mi düşəlim? Siz nə təklif edirsiniz? Kim olalım???

Bir rəssam ən çox sevdiyi şagirdinə dərslərin bitdiyini və artıq onun da yaxşı bir rəssam olduğunu birdirir. Lakin onu məzun etmədən öncə kiçik bir dərs daha verəcəyini bildirir. Şagirdinə deyir ki, ən gözəl bildiyin əsərini apar qoy şəhər meydanına, yanında da qara qələm, bir də elan yaz ki, kimin bu əsərin harasından xoşu gəlmirsə, o hissəni qaralasın. Bir həftə sonra o əsəri al, yanıma gəl. Bir həftə keçir, şagird əlində başdan-başa qaraldılmış, kiçik bir rəng hissəsi belə qalmayan əsərlə ustadının yanına gəlir. Ustadı ona bu dəfə deyir, indi isə zəif hesab etdiyin bir əsəri apar qoy şəhər meydanına, yanında da yağlı boyu, elan yaz ki, kimin harası xoşuna gəlmirsə düzəltsin. Bir həftə keçir, şagird bu dəfə ustasının yanına gəlib deyir ki, onun əsərinə kimsə toxunmayıb, heç kim əsərə müdaxilə etməyib. Bu ustad son dərsini verir şagirdinə: “insanlara tənqid və şərh imkanı versən onlar heç nəyi bəyənməz və başdan sona qədər qaralayarlar səni, amma insanlara bəyənmədiyini yenidən yaratmaq imkanı veriləndə daha yaxşısını yarada bilmədikləri üçün susurlar”.

Allahsız olaraq, siz bəndələr yığışın kitab yazın...


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi