“Haramı”dakı erotika və IIQismətin dərin izahına balaca əlavə

haramidaki-erotika-ve-iiqismetin-derin-izahina-balaca-elave
Oxunma sayı: 2232

Bilirəm ki, ayıbdı. Əslində heç vaxt heç nəyə yazılı münasibət bildirməyi sevməmişəm. Elə indi də sevmirəm. Amma bu erotik yazılar, erotik şərhlər adamın qanını qaraldır deyim ya qanını qaynadır deyim bilmirəm. Məhrəm yerlərimizin açılıb manitordan hamımızın gözünün qarşısında canlanan sosial şəbəkələşmə çağına gəlib çatmışıq. Belə salam əlöyküm. Qismətin sözü olmasın mətnin içində erotik səhnələr olan yetərincə kitablar oxumuşam. Amma necə oxumuşam və ya necə yazıblar məsələsi var. Oxuduqlarımın içərisindən məni sarsan hekayələrdə erotik səhnələr (sənə də deməzdim) Tolstoyun adını unutduğum hekayəsi və Buninin adını xatırladığım hekayəsidir. Əsasən də Tolstoyun hekayəsində qardaşın bilmədən bacısı ilə yatması... Ağrılıdır. Erotika deyil. Dəhşətdir. Əslinə baxanda oxusanız görərsiniz ki, bu hekayələrdə heç erotikada yoxdu. Bəs nədi? Erotikanın olduğuna işarədir. Bu işarələr Bollywood da Rac Radxanı öpərkən kameranın yuxarı qalxdığı, ekranda ulduzların görsəndiyi kimidi. Oxuduqlarımı Qismət kimi sizə saymağa ehtiyac görmürəm. Düşünürəm ki, Qsimət bunu məndən yaxşı bacarıb. Ancaq Qismət bəzi yerlərdə yanlışlığa yol veirib. Bir az darıxın deyəcəm.

İstər dünya olsun istər də Azərbaycan ədəbiyyatı fərq etməz. Romanlarda heç sevmədiyim xüsusiyyət yaşam tərzinin olmamasıdır. Məsəlçün elə bir romana rast gələ bilməzsiniz ki, orda qəhrəman təbii ehtiyaclarını ödəsin. Hamama daxil olsun, əl-üzünü yusun və s. Baxın yazılışda da fərq var ha təbii ehtiyac dedim “işməyini” demədim. Və ya bu gündən sabaha keçən gecəni yatsın, yuxu görsün, sevişsin, dalaşsın və s. 500 səhifəlik roman oxuyursan qəhrəman bu 500 vərəqin içində yekəlir, sevir, ölür ancaq nə təbii ehtiyacını ödəyir, nə yatır nə də sevişir. Bilirəm artıq düşünməyə başlamısınız. Çünki düz dediyimə inanırsınız.

Sözümün mustafası odur ki, İstər Markes olsun, istər də Şərif Ağ yazdığı romalarda oxucunu, qəhramanın müxtəlif vəziyyətlərinə şahidlik etdirirsə bu təbii haldır və bəyəniləndir. Necə ki, kinolarda belə səhnələr açıq-aydın göstərilir və biz də həvəslə baxırıq. “Bəyin oğurlanması” filmində Yaşar, kino gözləyən oğlunu yatmağa qovub özü oturub maraqla baxdığı həvəslə. Ancaq bunu da amması var. O ammaya da “anlatamq” deyirlər. Necə ki “təbii ehtiyac” ifadəsi “işmək” sözü kimi adamda ikrah hiss oyatmır bax erotikanı anlatmaq da adamda ikrah hissi oyatmamalıdır. Patrick Susking “Ətriyatçı əsərində” padraları belə sevişdirəndə adamda ikrah hissi oyanmırdı.

Yuxarda Qismətlə bağlı dediyim “yanlışı” deyirəm. Qəza işıqlarını yandırın. Qismətin mətinlərlə misal gətirdiyi yazıları oxuyun, ancaq diqqətlə. Görəcəksiniz ki, əkəsr dünya yazıçıları erotikaya, qadın-kişi münasibətinə həssaslıqla yanaşıb, anlatırkən öz həyəcanlarını qəhrəmanın vasitəsi ilə izah edbilər, tələsməyiblər. Məsələn Henri Millerin “Oğlaq bürcü” dən gətirdiyi sitatda oğlan qapının açar yerindən hamamdakı qıza baxır və sonra yataq otağına gedib qızı göləyir. Sizi əmin edim ki, bizim bir çox yazarlarımız bu səhnəni yazsaydı oğlanı yataq otağına aparmayacaqdı. Vəhşi ehtirasla hamamın qapısını qırıb oğlanı qızın üstünə atacaqdılar. Ancaq Qismətin digər erotik sitatları elə bizim ədəbiyyatdakı erotika kimi adamda ikrah hissi yaradır və adamı oxumağa vadar etmir. Bunlardan sitat gətrimək o demək deyil ki, Şərif və ya digər yazarlar düz yazıb və əslində belə də anlatılmadır. Bu sitatlarla Qismət başıboşlara demək istəyirki bu ədəbiyyatdır namus məsələsi deyil. Bu, dünyada da var həmçinin “Zaur tələsmə”miz də də var. Oxuyub oxumamaq, bəyənib bəyənməmək kimi seçimlər əsrlərlə olub.

Hər şeyi birnəsəfə etmək yanlış olduğu ki, bir nəfəsə anlatmaq da yanlışdır. Onsuz da hamı bilir ki, yarım saat oğlan-qız bir-birini sığallasalarda sonda sevişəcəklər, ancaq sığallamaq vacibdir axı. Axı oxucu da sığallanır, sevişmə səhnəsini oxumaq üçün darıxır. Bunların hamısı pixsaloji amillərdir. Və bu amilləri, bu qaydaları pozmaq Şərifin yazısına yazılmış 60-dan çox yersiz şərh deməkdir. Nəyi yazıb nəyi yazmamağı fikirləşmək yazıçılığın ilkin əlamətidir. Nəysə...

P.S. Bura bax... Eşitmirsən... Səninləyəm birinci şərhi yazan. Yazını axıra kimi oxu sonra şərh yaz da!!!