Həbsxanada yanğın oldu

hebsxanada-yangin-oldu
Oxunma sayı: 667

“Qafqazinfo”nun məlumatına görə, xəbəri “France-Presse” agentliyi yayıb. Hondurasın təhlükəsizlik naziri Pompeyu Bonilla ölənlərin sayı barədə dəqiqləşdirilmiş məlumatları açıqlayıb. Nazir qeyd edib ki, ölənlərin yekun siyahısı hələ hazırlanmayıb, çünki bir neçə dustağın taleyi naməlum olaraq qalır.

Həbsxanda yaranan yanğını üç saata söndürmək mümkün olub. İslah düşərgəsində müxtəlif məlumatlara görə, 850-900 dustaqın olduğu xəbər verilir. Xəbər verilir ki, yanğın zamanı bir neçə dustaq həbsxanadan qaça bilib, lakin qaçanların sayı dəqiqləşdirilməyb.

Yanğının baş vermə səbəbi məlum deyil.Yanğınla bağlı dustaqların birinin təşkil etdiyi və qısaqapanma ehtimalları irəli sürülüb.

BBC isə xəbər verir ki, Honduras prezidenti Porfirio Lobo hadisə ilə bağlı geniş araşdırma aparılacağına söz verib.