Həftə sonu yol qəzalarında - 8 nəfər ölüb

hefte-sonu-yol-qezalarinda-8-nefer-olub
Oxunma sayı: 639

Respublika Baş Dövlət Yol Polisi İdarəsindən Trend-ə bildiriblər ki, son iki gündə bir ağır yol qəzası baş verib. Bu da şənbə günü Kürdəmirdə 3 nəfərin ölümü ilə nəticələnən yol qəzasıdır.

Məlumata görə, bazar günü iki piyadavurma hadisəsi baş verib. Nizami və Suraxanı rayonlarında yol qəzası zamanı iki piyada vəfat edib. Ölümlə nəticələnən bir yol qəzası isə Tovuz rayonu ərazisində baş verib.