Hərbi paradda qarışıqlıq oldu

herbi-paradda-qarisiqliq-oldu
Oxunma sayı: 811

ANS PRESS-in erməni kütləvi informasiya vasitlərinə istinadən verdiyi məlumata görə, hərbi paradda Rusiya hərbi hissələri də iştirak edib. Tədbirdə Rusiya hərbçilərinin iştirakına etiraz edən fəallar saxlanılıblar. Onların jurnalist olduqları məlum olub. Bu məqsədlə hətta Facebook sosial şəbəkəsində xüsusi qrup yaradılıb. Nümayişçilər etiraz zamanı “Müstəqil Ermənistan”, “Ermənistan Rusiyanın bir hissəsi deyil” və “Xarici bayraqlara yox” kimi şüarlar səsləndiriblər.

Ermənistanın müstəqilliyinin 20 illik münasibəti ilə təşkil edilən hərbi paradın açılışını “SU-25” təyyarəsi edib. Daha sonra L-39 təlim təyyarələri manevrlər ediblər. Hərbi paradda Mİ-24, Mİ-8 vertolyotları təqdim olunub. Hərbi paradı Mİ-2 tamamlayıb.