Həyat yoldaşını ov tüfəngi ilə öldürdü

heyat-yoldasini-ov-tufengi-ile-oldurdu
Oxunma sayı: 939

“Qafqazinfo”ya Rayon Prokurorluğundan verilən məlumata görə, Ucar rayon sakini 37 yaşlı İntiqam Musayev bu gün saat 09:00 radələrində rayonun Lək kəndi ərazisində yerləşən fermada həyat yoldaşı 25 yaşlı Turanə Musayevanı özünəməxsus qoşalülə ov tüfəngi ilə başından vuraraq qətlə yetirib.

Rayon Hüquq mühafizə orqanlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində İntiqam Musayev şübhəli şəxs qisimində saxlanılıb.

Faktla bağlı Ucar rayon Prokurorlugunda Cinayət Məcəlləsinin qəsdən adamöldürmə (120.1-ci) maddəsi ilə cinayət işi başlanılıb.

Qeyd edək ki, İntiqam və Turanə Musayevlərin üç az yaşlı övladları qalıb.