Hicab qadağası aradan qaldırıldı

hicab-qadagasi-aradan-qaldirildi
Oxunma sayı: 626

Saqtağan Baişev Universitetində hicab problemi 8 hicablı tələbənin bu təhsil müəssisəsini məhkəməyə verəcəkləri haqda xəbərdarlıq etdikdən sonra həll olunub. Bu qadağanın aradan qaldırılmasında adı çəkilməyən insan haqları təşkilatının bölgə bürosunun universitetdə apardığı danışıqların da rolu olub. Bu qadağa ilə bağlı insan haqları təşkilatının Qazaxstan bölməsinin hüquqşünası Ağızbek Telegenov universitetin rektoru ilə görüşmüş və problemlə bağlı danışıqlar aparıb.
Nəhayət, son bir neçə gündə universitetdə mövcud olan hicab qadağası aradan qaldırılıb.

deyerler.org