“Hicabı qadağan etmək xalqın iradəsinə qarşı çıxmaqdır” - Açıqlama

hicabi-qadagan-etmek-xalqin-iradesine-qarsi-cixmaqdir-aciqlama
Oxunma sayı: 750

Onun sözlərinə görə, orta məktəblərdə hicab probleminin həlli üçün dövlət başçısına müraciətlə bağlı yüzminlik imzatoplama kampaniyasına artıq 100.000-dən çox ölkə vətəndaşı imza atıb: “Kampaniyaya göstərilən bu dəstək cəmiyyəti silkələdi və hələ də silkələməkdədir. Biz bir yandan deyirik ki, ölkə əhalisi ətalət içindədir və cəmiyyətin ağrılı problemlərinə marağını itirib. Digər yandan, qısa müddət ərzində belə bir uğurlu dəstək nümayiş olunmaqdadır. Bu məsələ onu sübut etdi ki, orta məktəblərdə hicabı qadağan etmək xalqın və çoxluğun iradəsinə qarşı çıxmaqdır. İnsanların fərdi seçim azadlığını məhdudlaşdıran bu qadağanın arxasında kimin olmasından asılı olmayaraq həqiqət üzə çıxdı. Qadağa xalqın iradəsini əks etdirmir. Nəticə isə qadağanın aradan qaldırılması olmalıdır. Əks halda, cəmiyyətdə ciddi dini təbəqələşmə prosesi və nəticələrini söyləməyə çəkindiyimiz hallar baş verə bilər. Bu isə ölkə üçün ciddi fəlakətlər və təlatümlər deməkdir”.


R. Nurullayev onu da bildirib ki, eyni zamanda siyasətçilər bu yüzminlik imzatoplama kampaniyasını dəyərləndirərkən bir sıra siyasi məsələlərin həllinə də yenidən nəzər salmalı olurlar: “Əslində, xalqa mesajı başa düşdüyü və ya ona lazım olan tərzdə vermək lazımdır. Hal-hazırda əksəriyyətin siyasi proseslərə, demokratik çağırışlara laqeydliyi baş verməkdədir. Özü də yalnız, Azərbaycanda yox, həm də qlobal olaraq siyasətə marağın azalması prosesi gedir. Demək ki, siyasi mübarizə müstəvisini də yeni mesaj vasitələrinə - daha doğrusu xalqın dilinə tərcümə etmək lazımdır. Deyəsən, “Azadlıq”, “Demokratiya”, “Qarabağ” şüarları səsləndirmək milləti cəlb etmir. Onların daha ciddi problemləri var. Ailəsini dolandırmaq, ailəsinə çörək pulu gətirmək, daha çox pul qazanmaq və sabahına inamlı olmaq, uşağının gələcək həyatının özünün yaşadığı həyatdan daha asan olmasına əmin olmaq. Vətəndaş gözlə görünə bilən nəticəni, hiss edə biləcəyi məqamı və reallaşmasına inandığı məsələlərdə önə çıxır. Hicab məsələsi də onun varlığının bir hissəsi olduğu üçün uğurlu kampaniya alındı. Demək ki, ölkədə demokratik prosesləri önə çıxarmaq üçün daha tutumlu və xalqın dilində olan mesaj və şüarlara, o cümlədən inanılmış addımlara ehtiyac var. Bu yöndə düşünmək üçün ciddi zərurət var. Əminəm ki, yaxın zamanlarda kütləvi etiraz aksiyaları davam etdiriləcək və biz yeni metod və vasitələrlə xalqın gözünü açmağa və haqqına sahib çıxmağa dəvət edəcəyik”.