Hüseyn Abdullayev Kəmaləddin Heydərova qalib gəldi

huseyn-abdullayev-kemaleddin-heyderova-qalib-geldi
Oxunma sayı: 2167

“Hansı daha möhtəşəmdir?” sualı ilə keçirilən sorğuya ölkənin tanınmış doqquz bəstəkarının adı daxil edilmişdi. Nəticələrə görə, 725 səslə Hüseyn Abdullayev birinci olub. İkinci yerdə 680 səslə Kəmaləddin Heydərov, üçüncü yerdə isə 359 səslə Eldar Mansurov qərarlaşıb. Digər ardıcıllıq isə belə olub: Faiq Sücəddinov (159), Gövhər Həsənzadə (87), Aygün Səmədzadə (69), Nailə Mirməmmədli (64) və Novruz Aslan (34), Nadir Əzimov (32).

Qeyd edək ki, sorğu iki həftə davam edib və ümumilikdə 2209 nəfər səs verib.

Nigar Məmmədli