Hüseyn Dərya yenə boşandı?

huseyn-derya-yene-bosandi
Oxunma sayı: 791

Bu gün rep ifaçısı Hüseyn Dəryanın həyat yoldaşı Sona Muradova ilə boşanması barədə xəbərlər yayılıb. “Qafqazinfo”nun məlumatına görə, H. Dərya saytlardan birinə açıqlamasında deyib ki, onlar rəsmi olaraq artıq 6 aydır ayrı yaşayırlar. Repçi boşanmalarının səbəblərini də açıqlamayıb.

Bununla bağlı “Qafqazinfo” H. Dəryanın həyat yoldaşı Sona Muradova ilə əlaqə saxlayıb xəbərin doğru olub-olmadığını öyrəndi. S. Muradova özü də bu xəbəri eşidəndən şokda olduğunu və Hüseynin niyə belə açıqlama verdiyini hələ də anlamadığını söyləyib: “Nə boşanmaq, yalan məlumatdır. Hüseyn indi çəkilişdədir deyə onunla danışa bilməmişəm, öyrənim görüm niyə belə açıqlama verib. Səbəbini mən də anlamıram. Bəlkə də, reklam xatirinə belə söz deyib? Bilmirəm. Dəqiqləşdirib, sizə deyəcəyəm”.

S. Muradova H. Dərya ilə bir evdə yaşadıqlarını, sadəcə son günlər bacısının toyu ilə bağlı tez-tez anasıgilə getdiyini söyləyib.

Qeyd edək ki, Hüseyn Dəryanın Sona Muradova ilə nikahından Cahangir adlı bir oğulları var.

Nigar Məmmədli