Bibiheybət məscidindən şəhərə gedən yol bağlandı

bibiheybet-mescidinden-sehere-geden-yol-baglandi
Oxunma sayı: 2398

Aparılan təmir-bərpa işləri ilə əlaqədar olaraq Bibiheybət məscidindən şəhər istiqamətinə yeni yolla hərəkət müvəqqəti məhdudlaşdırılıb.

"Qafqazinfo"ya daxil olan məlumata görə, avtonəqliyyat vasitələrinin hərəkəti köhnə yol ilə, 20-ci sahə adlanan ərazidən keçməklə şəhər istiqamətinə doğru təmin edilib. Məhdudlaşma təmir-bərpa işləri aparılan müddətdə qüvvədə olacaq.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, təmir-bərpa işlərinin aparıldığı müddət ərzində sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.