Bıçaqla adam yaralayıb qaçan şəxs saxlanıldı

bicaqla-adam-yaralayib-qacan-sexs-saxlanildi
Oxunma sayı: 1360


Saatlı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 15-də şəhər sakini M.İbrahimova bıçaqla xəsarət yetirib hadisə yerini tərk etmiş R.Şıxəliyev saxlanılıb. 

“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, araşdırmalarla onun Cinayət Məcəlləsinin 306-cı maddəsi (Məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə) ilə axtarışda olması da müəyyən edilib.