Bıçaqla özünü yaralayan 8 yaşlı uşaq öldü

bicaqla-ozunu-yaralayan-8-yasli-usaq-oldu
Oxunma sayı: 3962

Tərtərdə 8 yaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb.

“Qafqazinfo”nun APA-ya istinadən xəbərinə görə, Tərtər rayon sakini, 2012-ci il təvəllüdlü Məmmədov Yusif Ramin oğlu bıçaqla oynayarkən özünə xəsarət yetirib.

Azyaşlı dərhal Bərdə Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya Şöbəsinə yerləşdirilib.

Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma başlanıb.