Bıçaqlanan prezident yenidən əməliyyat olundu

bicaqlanan-prezident-yeniden-emeliyyat-olundu
Oxunma sayı: 1879

Braziliya prezidenti Jair Bolsonaru yenidən əməliyyat olunub.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, əməliyyata səbəb ölkə başçısının ötən ilin sentyabrında aldığı bıçaq yaralarıdır. Bolsonarunun səhhəti ilə bağlı tibbi hesabat rəsmi şəkildə dərc olunacaq. 

Xatırladaq ki, 2018-ci ilin sentyabrında seçkiqabağı kampaniya zamanı Bolsonaruya bıçaqlı hücum olmuşdu. Xəstəxanaya yerləşdirilən prezident kampaniyanı dayandırsa da, seçkilərdə qələbə qazanmışdı.