Bıçaqlandı, xəstəxanaya aparılarkən öldü

bicaqlandi-xestexanaya-aparilarken-oldu
Oxunma sayı: 1931

Yanvarın 17-si saat 01 radələrində paytaxtın Nərimanov rayonu, Əliyar Əliyev küçəsində 1977-ci il təvəllüdlü İsa Əbdüləzimov aldığı xəsarətlərdən xəstəxanaya aparılarkən yolda ölüb.

Prokurorluqdan "Qafqazinfo"ya verilən məlumata görə, zərərçəkmişin tanışı 1974-cü il təvəllüdlü Şəmşad Əhmədov şəxsi münasibətlər zəmnində aralarında yaranmış mübahisə zamanı bıçaqla İsa Əbdüləzimova xəsarətlər yetirib.

Faktla bağlı  Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Şəmşad Əhmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir. 

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.