Bıçaqlayıb pulunu apardılar - Bakıda

bicaqlayib-pulunu-apardilar-
Oxunma sayı: 1872

Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib.

“Qafqazinfo”nun lent.az-a istinadən məlumatında görə, H.Zərdabi küçəsi 92 ünvanının qarşısında Rafiq Hüseynov adlı şəxs Asif Cəfərovu bıçaqlayıb. Tanışına daxilə nüfuz etməyən 5 zərbə endirən R.Hüseynov daha sonra onun üzərindəki 1400 manatı götürərək uzaqlaşıb.

Hadisəni törədən şəxs artıq saxlanılıb. Faktla bağlı araşdırma aparılır.